Rusiyada daha 436 nəfər koronavirusun qurbanı olub

11 Yanvar 2021 15:42

Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 23 315 nəfər virusa yoluxub, 436 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 425 269 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 62 273 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 800 675 şəxs virusdan sağalıb, 562 321 nəfərin müalicəsi isə davam edir.

MIlli.Az