Avtomobilində narkotik satan silahlı şəxs zərərsizləşdirildi

11 Yanvar 2021 14:08

Yevlax rayonunda avtomobili ilə narkotik satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, idarə etdiyi "Ford" markalı avtomobilə baxış zamanı 3 kiloqram 135 qram marixuana, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.

Milli.Az