""Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək" - Macarıstan XİN

11 Yanvar 2021 14:03

Macarıstan "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla reallaşdırılmasını və Azərbaycanın bu layihədə aparıcı rolunu alqışlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin beynəlxalq energetika üzrə komissarı Dora Zombori deyib.

O bildirib ki, Avropaya qaz tədarükünün başlaması Avropa qaz bazarı üçün vacib mərhələdir:

"Yeni mənbə və alternativ marşrut olan "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinə və tədarükün şaxələndirilməsinə xidmət edəcək".

Milli.Az