Polis əməliyyat keçirdi, Bakı sakininin evindən silah - sursat aşkarlandı

11 Yanvar 2021 13:57

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Terequlovun yaşadığı evdən "Marqolin" markalı tapança, 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.

Milli.Az