Gürcüstanda daha 551 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb

11 Yanvar 2021 13:08

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 551 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  239 780, ölənlərin sayı isə 2 796 nəfərə çatıb.

Virusa yoluxanlardan 226 215 nəfərin sağaldığı bildirilir.

Milli.Az