"Yəmən əhalisinin üçdə ikisi içməli suya möhtacdır" - BQXK

11 Yanvar 2021 12:29

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Yəməndəki humanitar fəlakət barədə məlumat yayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, BQXK Yəməndə hər üç yəmənlidən ikisinin təmiz su və tibbi xidmətə əlçatanlılığının olmaması barədə bildirib. COVID-19 təhlükəsinin kritik həddə çatdığı dönəmdə təmiz suya ehtiyacın daha böyük problemə çevrildiyi vurğulanıb. Su-kanalizasiya şəbəkələrinin bərbad vəziyyətdə olması müxtəlif infeksion xəstəliklərin yayılmasına da səbəb olur.

"Yəmən əhalisinin üçdə ikisi içməli suya möhtacdır" - BQXK-ın yaydığı məlumatda bildirilir.

Milli.Az