Fernandinyo “Mançester Siti”dən gedir

11 Yanvar 2021 12:13

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fernandinyo Premyer Liqa təmsilçisini tərk edəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, yarımmüdafiəçi karyerasını MLS-də davam etdirməyə yaxındır.

Onun xidmətində "Nyu-York Siti" maraqlıdır. Mançester təmsilçisi təcrübəli braziliyalını heyətində görmək istəyir.

35 yaşlı cənubi amerikalı daha çox vətəninə qayıtmağın tərəfdarıdır. O, "Atletiko Paranaense"də oynamaq arzusundadır.

Qeyd edək ki, Fernandinyo cari mövsüm 16 oyunda 1 qol vurub.

Milli.Az