Levandovski Müllerə çatdı

11 Yanvar 2021 14:25

Almaniya Bundesliqasının XV turunda Mönhenqladbax "Borussiya"sı ilə qarşılaşan "Bavariya" 2:3 hesabı ilə məğlub olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qarşılaşma münhenlilərin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Bir dəfə fərqlənən polşalı forvard Bundesliqanın ilk 15 turunda 20 qol vuran ikinci futbolçu kimi tarixə düşüb. O, 1968/69 mövsümündə eyni göstəriciyə imza atan əfsanəvi Herd Müllerin rekordunu təkrarlayıb.

Qeyd edək ki, Levandovski 2020-ci ildə bir çox fərdi mükafatlara layiq görülüb, FİFA tərəfindən ilin futbolçusu seçilib.

Milli.Az