İvanişvili siyasətdən getdi

11 Yanvar 2021 11:56

Gürcüstanda hakim partiyanın sədri, milyarder Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə siyasətçinin yayımladığı məktubda deyilir.

O, öz məktubunda siyasi missiyasının başa çatdığını bildirib.

Qeyd edək ki, B.İvanişvili 2012-ci ildə Gürcüstanın baş naziri seçilmişdi, bir il sonra isə vəzifədən istefa verərək, hakim partiya sədri qismində fəaliyyətini davam etdirirdi.

Milli.Az