23 yaşlı şəhidin anası: "Hər gün paltarlarını qoxlayıram" - VİDEO

11 Yanvar 2021 11:29

ARB TV Xalq artisti Mənsum İbrahimovun şəhid qardaşı oğlu İsrafil İbrahimovla bağlı süjet hazırlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 23 yaşlı şəhidin anası Səbinə İbrahimova oğlunu belə xatırlayıb:

"İşdən gəldi, gülə-gülə boynumu qucaqladı ki, ana, səhər gedirəm, müharibəyə. paltarlarına baxıram, iyləyirəm. Onlardan təsəlli alıram. Elə bilirəm ki, nə vaxtsa qayıdacaq".

İsrafilin atası Zülfüqar İbrahimov isə oğlunun ən böyük arzusundan danışıb:

"Hər dəfə telefonla danışanda deyirdim ki, Şuşaya, Laçına bayraq taxanda bil ki, ən sevimli günümüzdür. 30 ildir bu həsrətlə yaşayırıq. Dostlarına da deyirmiş ki, Şuşaya, Laçına çatım bəsdir. İstədiyi kimi də olub, Laçına çatanda yaralanıb". 

Milli.Az