Pandemiyadan sonra turizm - “Sağlamlıq pasport”u tələb olunacaq? - VİDEO

11 Yanvar 2021 15:31

Peyvəndləmədən sonra ölkələr arasında turizm əlaqələrinin bərpası gözlənilir. Avropa ölkələrində səyahət zamanı turistlərdən ''sağlamlıq pasportu''-nun tələb olunacağı bildirilir. Peyvəndləmə ilə bağlı məlumatların əks olunduğu sağlamlıq pasportunda olan informasiyanı emal etmək üçün Dünya İqtisadi Forumu və The Commons Project-in ortaq təşəbbüsü ilə "commonpass" tətbiqi yaradılıb. Artıq bir sıra iri şirkətlər bu proqramın tətbiqinə başlayıb. Bu arada Avropa İttifaqı da peyvənd olunmayan şəxslərin avropaya buraxılmayacağı ilə bağlı yayılan məlumatlara münasibət açıqlayıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, koronavirusla bağlı kütləvi peyvəndləmənin başlaması avropa öləkələrində turizmin canlanmasına şəriat yaradıb. Kütləvi turist qəbuluna hazırlaşan bir sıra qabaqcıl avropa ölkələri ''Sağlamlıq pasportu'' standartının tətbiq edilməsini təklif edir. Beləki bu passportu olan turistlər peyvənd olunmuş hesab ediləcək və sərhədləri maneəsiz şəkildə keçə biləcəklər. Covid-19 a qarşı peyvənd olunmayan şəxslərin səfərlərinin isə təxirə salınması istənilir.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə Dünya İqtisadi Forumu və The Commons Project-in ortaq təşəbbüsü ilə CommonPass tətbiqi yaradılıb. Bu tətbiq istifadəçilərə Covid-19 test nəticəsi və peyvənd məlumatlarını QR kodu vasitəsilə səlahiyyətlilərə göstərməyə imkan verir.

Cenevrədə fəaliyyət göstərən bu qeyri-kommersiya təşkilatı bu günə qədər ABŞ və Avropa daxilində yüzlərlə səhiyyə sistemi ilə yanaşı Lufthansa, United Airlines kimi iri aviaşirkətlərlə əməkdaşlığa başlayıb və artıq ilk sınaqları da baş tutub.

Bu arada Avropa İttifaqı da peyvənd olunmayan şəxslərin avropaya buraxılmayacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. ''Hazırda ittifaqa üzv ölkələr təşkilata üzv olmayan dövlətlərdən səfərlərlə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu da vizaların verilməsinə təsir göstərir. Lakin bu hələlik vaksinasiyadan asılı deyil. Hazırda biz bu siyasətlə bağlı hər hansı mümkün dəyişikliklər barədə əvvəlcədən məlumat verə bilmərik''-deyə avropa ittifaqının açıqlamasında qeyd edilir.

Milli.Az