39 yaşını şəhidlik zirvəsində qeyd etdi - VİDEO

11 Yanvar 2021 13:52

39 yaşını şəhidlik zirvəsində qeyd etdi. Vətəni üçün canını qurban verən şəhidimiz, Elçin Cəbrayılov ürəyindən vurulub. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ailəsi bu gün ad gününü onsuz qeyd edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hər il olduğu kimi bu gün də doğum günündə stol açılıb, hər kəs yığılıb, amma o stolun başında bir yer boş qalıb. O da vətənini canından üstün tutan Elçin Cəbrayılovdur.

Xalqımızın qürur yeri, torpaqlarımızı qanları bahasına azad edən şəhidlərimizdən biri, 39 yaşlı müddətdən artıq xidmət edən şəhid Elçin Cəbrayılovun doğum günüdür.

1992-ci ildə 1-ci Qarabağ müharibəsi iştirakçısı olan şəhidimizin atası Surxay Cəbrayılov deyir ki, sentiyabrın 26-da oğlu ilə halallaşıb və onu döyüşə yola salıb. Elçin Cəbrayılov Füzulinın azad olunması uğrunda şiddətli döyüşlərə qatılır. Həmin döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız oktyabırın 21-də ürəyindən vurulur və orda şəhidlik məqamına yüksəlir

Ailəsi deyir ki, Elçin Cəbrayılov əvvəllər bir müddət FHN-nin Sumqayıt şəhər Dövlət yanğından mühafizə idarəsində çalışıb. Anası Nərminə Cəbrayılova oğlunun yoxluğuna inanmasa da ancaq onunla qürur duyur.

Elçin Cəbrayılovun doğum günü bacısı Samirə ilə eyni günə təsadüf etdiyindən hər il onlar doğum günü fərqli formada qeyd edirlərmiş. Elçin öz ad gününü döyüş bölgəsində, bacısı isə onun əvəzindən valideynləri ilə keçirərmiş.

Hazırda şəhidmizin iki azyaşlı qız övladı yadıgar qalıb. Ailəsi ilə son danışığında "onlara mənim yoxluğumu hiss etdirmə" deyərək sağollaşıb.

Qəhrəmanımız Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medlları ilə təltif edilib.

Milli.Az