Bu gün doğum günü olan şəhidimiz - VİDEO

11 Yanvar 2021 12:46

Bu gün onun da doğum günüdür. Söhbət vətən müharibəsində şəhid olmuş Məcid Məmmədovdan gedir. Ailəsi hər il ad gününü onunla birlikdə qeyd edərmiş. Amma bu il Məcid vətən müharibəsinə qoşularaq şəhidlik zirvəsinə ucaldı. O Talış kəndi və Suqovuşanın azad edilməsi uğrundakı döyüşlərdə iştirak edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yaşasaydı indi 19 yaşını ailəsi ilə birgə qeyd edəcəkdi. Amma o canını vətən uğrunda fəda etdi...

Söhbət Vətən müharibəsində şəhid olmuş, Cəlilabad rayon sakini Məcid Məmmədovdan gedir. O 44 günlük müharibədə qəhrəmanlığı ilə seçilən igidlərimizdədindir. Anası deyir ki, vətən müharibəsinin başladığını eşidən anda illərdir bu günü gözləyirmiş kimi sevinib. Nəhayət Məcidin gözlədiyi gün gəlir. Torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə qoşulur.

Məcid Məmmədovun arzuladığı qələbəni qazandıq. Amma təəsüflər olsun ki, o zəfər günü görmədən şəhadətə yüksəlir.

Məcid Məmmədov Talış kəndinin və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olur. Məcid Məmmədov ölümündən sonra ''Suqovuşanın azad olunmasına görə'' medalı ilə təltif edilib.

Milli.Az