Gədəbəydə bir ailədən üç nəfər müharibədə iştirak edib, onlardan biri şəhid olub - VİDEO

11 Yanvar 2021 11:51

Tovuz döyüşlərindən sonra sanki hiss etmişdi ki, torpaqlarımızın işğal altından alınacağı gün yetişib. Hər gün müharibədən danışıb, döyüşlərdə özünün də iştirak edəcəyini bildirirmiş...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,Gədəbəyin Qoşabulaq kəndində yaşayan Quliyevlər ailəsində dörd qardaşdan biri olan Nofəl də könüllü olaraq vətənin harayına səs verir.

Onun Cavid adlı qardaşı müddətli, Qafqaz adlı qardaşı isə müddətdən artıq hərbi xidmətdədir. Sonradan məlum olub ki, üç qardaşın üçü də Cəbrayılda fərqli istiqamətlərdə döyüşüb. Qardaşlardan Nofəl Quliyev sonuncu döyüşündən əvvəl atasına zəng edərək halallıq istəyib.

Hər dəfə anası ilə danışanda isə bildirib ki, arxa mövqedədir və təlim keçir. Nofəlin ən böyük arusu vətənin keşiyində durmaq olub.

Balaca qardaş İsmət Nofəllə olan sonuncu görüşündən danışıb.

Nofəl Quluyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə " medalı ilə təltif edilib.

Milli.Az