Türkiyə klubunda baş məşqçi istefası

11 Yanvar 2021 10:23

Türkiyənin "Qaziantep" klubunda baş məşqçi istefası reallaşıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, rəhbərlik çalışdırıcı Marius Şumudiça ilə yollarını ayırıb.

İl yarımdıq Super Liqa təmsilçisinə başçılıq edən rumıniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verildiyi açıqlanıb. Komanda uğurlu mövsüm keçirməsinə baxmayaraq, iki gün əvvəl "Sivasspor"a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilmədən Şumudiça vəzifəsindən ayrılıb.

Qeyd edək ki, "Qaziantep" hazırda 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Milli.Az