“Qalatasaray” 1,2 milyon avro cərimələndi - Çağlayan 6 oyun diskvalifikasiya edildi

11 Yanvar 2021 09:34

"Rizəspor" klubu "Qalatasaray"la məhkəməni qazanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.

Rizə klubu ötən mövsüm müqaviləni tək tərəfli ləğv edərək "Qalatasaray"a keçən Oğulcan Çağlayanla bağlı TFF-yə şikayət etmişdi. Məsələ ilə bağlı qərarını verən qurum "cim-bom"u və futbolçunu cəzalandırıb. "Qalatasaray" qarşı tərəfə 1,2 milyon avro təzminat ödəməli olacaq. "Rizəspor" milli üzvünü "Kayseri Erciyesspor"dan məhz bu məbləğə transfer etmişdi. Həmçinin futbolçu da 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.

"Qalatasaray" və Oğulcan qərarla bağlı rəsmi etiraz bildirəcək.

Milli.Az