Əfqanıstanda aviazərbə qurbanlarının sayı 18-ə yüksəldi

11 Yanvar 2021 09:30

Əfqanıstanın Nimroz vilayətində yanvarın 10-da gecə törədilən aviazərbə nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bunu vilayət şurasının rəhbəri Məhəmməd Nasir deyib.

Onun sözlərinə görə, ölənlər arasında səkkiz uşaq, yeddi qadın və üç kişi var.

Daha əvvəl hava hücumu nəticəsində 12 nəfərin həlak olduğu barədə məlumat verliib.

Milli.Az