Qətərin paytaxtında cüdo üzrə "World Masters" yekun turniri start götürür

11 Yanvar 2021 09:39

Bu gün Qətərin paytaxtı Dohada "World Masters" turniri start götürəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışlarda Azərbaycan cüdoçuları da iştirak edir.

"Tokio-2020"yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov və Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayır.

Yanvarın 13-dək davam edəcək yarışda 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparır.

Ötən illərdə turnir Suvon (Koreya/2010), Bakı (2011), Almatı (Qazaxstan/2012), Tümen (Rusiya/2013), Rabat (Mərakeəş/2015), Qvadalaxara (Meksika/2016), Sankt-Peterburq (Rusiya/2017), Quandçjou və Tsindao (Çin/2018/2019) şəhərlərində keçirilib.

Milli.Az