"Valyadolid" - "Valensiya" oyununda 1 qol vuruldu

11 Yanvar 2021 09:05

Futbol üzrə ispaniya çempionatının 18-ci turunda "Valensiya" "Valyadolid"i 1:0 hesabı ilə məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş Valyadolid şəhərinin "Xose Sorrilya" stadionunda baş tutub.

Yeganə qolu 76-cı dəqiqədə Karlos Soler vurub.

Bundan başqa turun iki digər oyununda "Levante" öz meydanında "Eybar"a 2:1, "Kadiz" isə "Alaves"ə 3:1 hesabı ilə qalib gəliblər.

"Valensiya" turnir cədvəlində 18 matçda 19 xal toplayaraq 13-cü, "Valyadolid" isə 18 görüşdən sonra 18 xalla 16-cı yerdədir. Cədvəlin ilk üç pilləsində "Atletiko" (38 xal), "Real" (37 xal) və "Barselona" (34 xal) qərarlaşıblar.

Növbəti turda "Valensiya" yanvarın 21-də "Osasuna"nı qəbul edəcək. "Valyadoli" isə öz meydançasında "Elçe"yə qarşı oynayacaq.

Milli.Az