Türkiyədə zəlzələ baş verib

11 Yanvar 2021 08:12

Türkiyənin mərkəzi hissəsində 4,5 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar ötən gün yerli vaxtla saat 22:53-də (23:53 Bakı vaxtı) Ankara əyalətində qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. .

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Milli.Az