Neftçalada yol qəzasında motosiklet sürücüsü ölüb

10 Yanvar 2021 22:12

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Həsənabad kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq dirəyə çırpılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin travmaları alan 30 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb. O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az