Afrikada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb

10 Yanvar 2021 20:42

Afrikada koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, yanvarın 10-u üçün Afrikada koronavirusa 3 021 769 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 72 121 nəfəri vəfat edib, 2 450 492 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.

Milli.Az