Ərdoğan "WhatsApp"dan imtina etdi

10 Yanvar 2021 19:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "WhatsApp" messencerindən istefadədən imtina edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, T.Ərdoğanın messencerdən imtina etməsinə səbəb "WhatsApp"ın gizlilik siyasətindəki dəyişikliklər olub.

Bildirilir ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl "WhatsApp"da olan qruplarını "Turkcell Iletisim Hizmetleri AS"a məxsus olan BiP tətbiqinə keçirəcək. T.Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də BiP tətbiqinə keçib.

Türkiyə Prezidentinin ofisi jurnalistləri də BiP tətbiqinə keçməyə çağırıb.

Milli.Az