Qırğızıstanda prezident seçkiləri və referendum başa çatıb

10 Yanvar 2021 18:43

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə formasına dair referendumda səsvermə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Məlumatda deyilir: "Bu gün məntəqələr saat 08:00-dan saat 20:00-a (Bakı vaxtı ilə 06:00 - 18:00) qədər açıq olub. Son məlumatlara əsasən, prezident seçkilərində 33,13 faiz seçici, referendumda isə 33,08 faiz seçici iştirak edib".

Milli.Az