Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma

10 Yanvar 2021 17:41

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Prezident Donad Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Foks5" telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp tərəfdarları San Dieqodakı sahil bölgəsində yürüş edib, lakin çox keçmədən özlərini antifaşistlər adlandıran qruplar meydana çıxıb və nəticədə qarşıdurma yaranıb.

Polis qarşıdurmaya müdaxilə edib.

Milli.Az