Vilayət Eyvazovdan yeni təyinat

10 Yanvar 2021 17:37

Polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəis müavini təyin olunub. 

Qeyd edək ki, Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz Rayon Polis İdarəsinə rəis təyin olunub.

Milli.Az