Atasından İrem Dericiyə xəbərdarlıq

10 Yanvar 2021 18:44

Sonuncu dəfə verdiyi müsahibəsi ilə müzakirələrə səbəb olan İrem Dericiyə ailəsindən sərt reaksiya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının atası qızı haqqında "Belə mövzularla deyil sənəti və musiqisi ilə gündəmə gəlsin. Onun son zamanlar söylədikləri türk ailəsinə yaraşmır" kimi sözlər deyərək ona xəbərdarlıq edib. 

Qeyd edək ki, İrem "Exxen"də qatıldığı verilişlərdən birində "Mən də xəyanət etdim" sözlərini söyləməsi onun sevənlər tərəfindən tənqidlə qarşılanıb.

Milli.Az