Peyvəndi ancaq varlı ölkələr alır

12 Yanvar 2021 23:50

Aşağı və orta gəlirli ölkələrin əksəriyyəti hazırda koronavirus əleyhinə peyvənd almayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Qebreyesus deyib.

"Varlı ölkələr peyvəndin böyük hissəsini alıb", - baş direktor bildirib.

Onun sözlərinə görə, dünyanın 42 ölkəsi koronavirus əleyhinə peyvəndin qəbuluna başlayıb. Onların 36-sı varlı, 6-sə isə ortabab ölkələrdir.

Milli.Az