Hyundai və Apple-ın əməkdaşlığından xəbər var - Yeni avtomobillər istehsal olunacaq

12 Yanvar 2021 22:10

Cənubi Koreyanın Hyundai şirkəti Apple ilə avtonom sürücülük texnologiyasına sahib elektromobil istehsalı barədə ilkin müzakirələr apardıqlarını açıqlayıb. Hələlik isə yekun qərar verilmədiyi bildirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu hadisə Hyundai səhmlərinin günə 20%-dən çox dəyərlə başlaması üçün kifayət edib.

Qeyd edək ki, Hyundai və Apple hazırda iPhone-ları fərqli markalı avtomobil sistemlərinə inteqrasiya edərək CarPlay layihəsi üzərində işləyirlər. İstehsala 2024-cü ildə başlanacağı, pandemiya gecikmələrinə görə məhsulun elektromobil bazarına girməsinin azı 5 il çəkəcəyi bildirilir.

Milli.Az