Tesla Feysbuku geridə qoydu

12 Yanvar 2021 23:15

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla şirkəti bazar dəyərinə görə, ölkənin texnologiya nəhəngi Feysbuk sosial şəbəkəsini geridə qoyub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tesla son günlər kapitallaşmasını 100 milyard ABŞ dolları məbləğində artıraraq 834 milyard dollara çatdırıb.

Bununla da Tesla ABŞ-ın 5-ci ən bahalı şirkəti olub.

6-cı yerdə qərarlaşmış Feysbukun bazar dəyəri isə 643 milyard dollar təşkil edir.

Milli.Az