Türkiyə ordusu 226 terrorçunu məhv etdi

10 Yanvar 2021 18:18

Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ay ərzində 43 antiterror əməliyyatı həyata keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar zamanı ölkə daxili və xaricində ümumilikdə 226 terrorçu zərərsizləşdirilib. Bu istiqamətdə mübarizənin son terrorçu zərərsizləşdirənə qədər davam edəcəyi diqqətə çatdırılıb.

Milli.Az