"Yuventus" onunla danışıqlar aparır

10 Yanvar 2021 18:12

"Yuventus" "Sassuolo"nun futbolçusu Manuel Lokatellini transfer etməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Football İtalia" nəşri məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçinin agenti Stefano Kastelnuovo da Turin təmsilçisinin futbolçunun keçidi üçün danışıqlar apardığını təsdiqləyib.

Qeyd edək ki, Lokatelli bu mövsüm A Seriyasında 15 oyuna çıxıb və 2 qol vurub.

Milli.Az