ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

10 Yanvar 2021 14:56

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə təşkilatın Rabatdakı baş ofisindən bildiriblər.

Baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə ICESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. O, ölkəmizin müxtəlif şəhərlərində, o cümlədən Qarabağda tarixi və mədəniyyət abidələrini də ziyarət edəcək.

Salim bin Məhəmməd əl-Malik bildirib ki, səfər çərçivəsində Azərbaycanın tarixi maddi irsinin qorunması, onların daha bir neçəsinin ICESCO-nun İslam Dünyası İrsi Siyahısına əlavə edilməsi məsələsi də müzakirə ediləcək.

Milli.Az