Bayraktar “WhatsApp”dan imtina etdi

10 Yanvar 2021 15:42

"Bayraktar TB2" pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Türkiyənin "Baykar" şirkətinin Baş direktoru Səlcuq Bayraktar "WhatsApp" mesajlaşma proqramından imtina etdiyini bildirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bununla bağlı o "Twitter" sosial şəbəkəsindəki hesabından məlumat yayıb.

Bayraktar bildirib ki, buna səbəb proqramın yeni təhlükəsizlik qaydalarıdır.

Milli.Az