Hande Erçel 3 milyon qazanacaq

10 Yanvar 2021 15:09

Türkiyəli aktrisa Hande Erçel yeni reklam təklifi alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sağlamlıq və şəxsi gigiyena şirkətlərindən biri aktrisaya diş məcunu reklamına çəkilmək üçün 2 milyon lirə pul təklifi edib. Firma ilə şifahi olaraq razılaşan Hande müqavilə bağlamaq üçün yaxın zamanda şirkətin nümayəndələri ilə bir araya gələcək.

Bundan əlavə, aktrisa daha əvvəl 800 min lirə qarşılığında reklamına çəkildiyi tekstil şirkəti ilə yenidən masaya oturacaq. Marka bu dəfə Hande Erçelə 1 milyon lirə qazandıracaq.

Milli.Az