"Mançester Yunayted"də üç ciddi itki

10 Yanvar 2021 15:03

"Mançester Yunayted"in futbolçuları Pol Poqba, Viktor Lindelof və Lyuk Şou zədələnib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib. O, sözügedən oyunçuların məhz zədə səbəbindən İngiltərə kubokunun 132 finalında "Uotford"la görüşü (1:0) buraxdıqlarını bildirib.

Norveçli mütəxəssis zədəlilərin bərpa müddəti barədə məlumat verməyib.

Milli.Az