DSMF kollektivindən kreativ addım - FOTO

10 Yanvar 2021 14:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb: Filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə "Zəngilan" adı verilib.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Milli.Az