Gürcüstanda koronavirusdan daha 23 nəfər öldü

10 Yanvar 2021 13:46

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 143  yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  239 229 nəfərə, ölənlərin sayı isə 2 773 nəfərə çatıb.

Virusa yoluxanlardan 225 335 nəfərin sağaldığı bildirilir.

Milli.Az