Rumıniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

10 Yanvar 2021 13:39

Rumıniyada koronavirusa yoluxanların sayı 668 min 202 nəfərə çatıb.

Musavat.com Rumıniya səhiyyə nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 4403 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı ümumilikdə 16 min 592 nəfərdir. 596 min 515 nəfər isə sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Milli.Az