Prezident İlham Əliyev Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edib

10 Yanvar 2021 11:52

Prezident İlham Əliyev Vidadi Muradovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Vidadi Aydın oğlu Muradov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

Milli.Az