Pakistanda elektrik enerjisi təchizatı bərpa edilib - YENİLƏNİB

10 Yanvar 2021 10:54

10:54

Pakistan ərazisinin böyük hissəsində yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı bərpa edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Pakistan" radiosu məlumat yayıb.

Pakistan Milli Enerji Şirkətində elektrik enerjisi təchizatında yaranmış problemin araşdırılması üçün komitə yaradılıb.

----------
09:52

Pakistanın bütün əraziləri üzrə yaşayış məntəqələri elektrik şəbəkələrinin işində fasilələr nəticəsində işıqsız qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dawn xəbər portalı bildirib.

Məlumata əsasən, Pakistan Energetika naziri Ömər Əyyub Xan vəziyyəti şəxsi nəzarəti altına aldığını deyib və ölkə vətəndaşlarını mövcud vəziyyətdə sakit olmağa çağırıb.

Bundan əlavə, Pakistan hakimiyyəti Tarbelada yerləşən elektrik stansiyası üzərindən enerji verilməsini qismən yenidən bərpa etməsinə çalışdığını da əlavə edib.

Milli.Az