Kolumbiyada yanğın: 7 nəfər ölüb

10 Yanvar 2021 10:44

Kolumbiyanın şərqində baş verən yanğın nəticəsində ən azı yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə El Tiempo qəzeti bildirib.

Məlumata əsasən, hadisə Kukuta şəhərində baş verib. Yanğın üç evi və dörd avtomobili əhatə edib.

Yeddi nəfər yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar ən yaxın xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, yanğın qısa qapanmadan baş verə bilər.

Milli.Az