Ərdoğan "Twitter"də Zelenskiyə CAVAB VERDİ: "Mübarizəyə davam edəcəyik..."

9 Yanvar 2021 21:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin təşəkkür tvitinə cavab verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Əziz dostum Zelenski, ukraynalı dənizçilərin evlərinə sağ-salamat qayıtdıqlarına görə sevinirik. Birlikdə bütün dostlarımız, dünyanın hər yerindəki bütün qardaşlarımız üçün mübarizəyə davam edəcəyik", - ölkə başçısı bildirib.

Milli.Az