Hacıqabulda qəza baş verib, sürücü ölüb

9 Yanvar 2021 21:13

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1971-ci il təvəllüdlü Ağayev Nəriman Rzaqulu oğlunun idarə etdiyi "QAZel" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Sürücü hadisə yerində ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az