Bakıda avtomobil yanıb

9 Yanvar 2021 19:51

Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Milli.Az