Bakıda narkotik alverçisinin evindən tapança və qumbara aşkarlandı

9 Yanvar 2021 18:48

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər nazirliyindən Milli.Az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş H.Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilib.

Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülüb.

Milli.Az