Daxili Qoşunların Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan çavuşu - FOTO

9 Yanvar 2021 17:54

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Əbdürrəhmanlı Sabir Faiq oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, S. Əbdürrəhmanlı 1998-ci ildə Sumqayıt şəhərində doğulub.

O, oktyabrın 10-u Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az