Həqiqət yalandır: alətə çevrilənlərin faciəsi

9 Yanvar 2021 11:18

"Amerikada nə zamansa faşizm peyda olarsa, buna liberalizm və demokratiya adı ilə haqq qazandıracaqlar". 1945-ci ilin dekabrın 14-də, o dövrdəki ABŞ prezidenti Ronald Reyqanın söylədikləri indi tamamən təsdiqlənir.

ABŞ-dakı qlobalist oliqarxatın aləti olan Demokratik Partiyanın əslində ölkədəki demokratiyanı tapdayalaraq ayaqlar altına aldığını Amerika əzabla, ağrı ilə anlamağa başlayıb.
Oliqarxatın nəzarətindəki media maşını isə bütün qüvvəsini işə salaraq xalqın fikrini cinayətdən yayındırmağa çalışdı.

O cinayət isə prezident seçkilərində Donald Trampa verilmiş səslərin oğurlanması və Co Baydenə peşkəş edilməsidir.

Corciya ştatında 40 mindən artıq səs oğurlandı, Pensilvaniyada 400 mindən çox. Viskonsin ştatında qutulardakı seçki bülletenlərinin sayı səs verənlərin sayından 212 min çoxdur.

Yaşananlar Birləşmiş Ştatlardakı seçki faciəsidir. Saxtakarlıqların sayı-hesabı yoxdur və Trampın qalib gəldiyini riyaziyyatçı alimlər də sübut ediblər. Amma onlara qulaq asan yoxdur.

İndi amerikalılar sanki heç nə baş verməmiş kimi davranmalı, "Yuxulu Co" ləqəbli Co Baydenin "qələbə"sini qanuni akt kimi qəbul etməlidirlər. Seçki saxtakarlıqları ilə bağlı heç bir iddianı ABŞ-da hansısa məhkəmə qəbul etmir və bununla da Baydenin haqlı, yaxud haqsız olması ilə bağlı müzakirələrə imkan yaratmır.

"Dünyanın ən ədalətli" məhkəmə sistemi o həddə çatıb ki, seçki saxtakarlıqları ilə bağlı məhkəmə iclasınn ehtimalı belə, demokratiya üçün təhdid elan olunub.

Bəs yaxşı, ABŞ-ın Federal Təhqiqat Bürosunun və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının Trampın danışıqlarına gizli qulaq asmaları, yazışmalarını oxumaları niyə demokratiya üçün təhlükə sayılmır? ABŞ-da guya demokratik seçkilər və demokratik prosedurlar vasitəsilə prezidenti faktiki olaraq devirdilər, "müstəqil" media və siyasətçilərsə bu barədə bir kəlmə də demədilər. Tam əksinə, total saxtakarlıqların baş alıb getdiyi prezident seçkiləri "ən demokratik seçkilər" adlandırıldı.

Kütlənin Kapitoliyə hücum çəkməsi, Konqresi zəbt etməsi isə klassik provokasiya idi.

Amerikanın "demokratik dəyərlər"inə sadəlövhcəsinə inanan Donald Tramp Vaşinqtonun mərkəzində tərəfdarlaını seçki saxtakarlıqlarına qarşı çıxmağa çağırdı. Seçkiləri saxtalaşdıranlar da dərhal bundan yararlandılar.

Təxribatçılar həm Kapitoliyə şığıyan kütlədə, həm də Kapitolini qorumalı olan polislər arasında vardı. Videokadrlar buna dəlalət edir.

Polis iğtişaşçıları sox rahatlıqla və asanlıqla binaya buraxdı - halbuki heç bir halda belə etməməliydi.

ABŞ-dakı Demokrat Partiyası koronavirus pandemiyasından seçki saxtakarlıqlarından müdafiə vasitələrini məhv etmək üçün istifadə etdilər. Seçki məntəqələrində səsverməyə və səslərin sayılmasına nəzarət edəcək müşahidəçiləri qovdular. Bəzi məntəqələrdə isə Tramp irəli çıxan kimi səsvermə vaxtından əvvəl başa çatdırılırdı, heyrətlənmiş dünyanın seyr etdiyi rəqəmlər "möcüzəli" şəkildə Trampdan Baydenə keçirdi.

Birləşmiş Ştatlardakı seçicilərin yarısı üçün Bayden legitim prezident deyil, o, artıq prezidentdir. Bu, demokratiya deyil.

Oruellin "həqiqət - yalandır" antiutopiyası göz önündə gerçəkləşir.

ABŞ-da demokratiya bitdi.

Co Baydeni hakimiyyə gətirən, "həqiqət - yalandır" və "diktatura - əslində demokratiyadır" düşüncəli qüvvələr əvvəlcə Birləşmiş Ştatlarda azad fikir və söz asudəliyinin axırına çıxacaqlar, sonra da bu "yeni dünya düzəni"ni bütün dünyaya sırımağa çalışacaqlar.

Dünya artıq yeni tarixi reallığı yaşayır.

Ölkəmiz də istisna deyil.

Azərbaycanda bütün sahələrdə yeniliklər və inkişaf var: bədxahlarla özlərini "müxalifət lider"ləri adlandıran siyasi kapusinlərin dediklərinin tam əksinə olaraq.

Ötən il ölkədə iqtidarla müxalifət arasında siyasi dialoq başlandı və indi bu dialoqda bütün siyasi qüvvələr iştirak edir.

İştirak etməyənlər isə siyasi qüvvə yox, sosial şəbəkələrdə məskən salmış uğursuzlar və tarixin zibilliyinə atılmış yarıtmazlardır.

Ölkənin tərəqqisi, daxili siyasi mühitin təkmilləşməsi üçün hakimiyyət-müxalifət müzakirələri ilə dialoqa qatılmayanların kimlikləri bəllidir.

44 günlük Vətən Müharibəsindən əvvəl başlayan dialoq savaş günlərində də aktiv davam etdi və müxalifətçilər hakimiyyətə tam dəstək verdilər. Hətta bir neçə müxalifət partiyası sədrlərinin övladları, yaxın qohumları cəbhəyə, döyüşlərə könüllü yollandılar.

Lakin AXCP sədri Əli Kərimli, "Milli Şura" adlı antimilli şuranın rəhbərliyi və xüsusilə də əqidəsi ilə maskalarını asanlıqla dəyişməkdə ustalaşmış siyasi riyakar Cəmil Həsənli xainlik missiyalarını davam etdirdilər.

Onlar ordumuza, əsgərlərimizə qarşı zahirən "tam dəstək" təsiri bağışlamağa yönələn, əslində isə murdar və çirkin məzmunlu kampaniyalar apardılar.

Bu binəvalar əllərindən gələni etməyə çalışdılar ki, ordumuzu ləkəsinlər.

Əslində, onlardan başqa heç nə gözlənilməməlidir və hər şey reallıq çərçivəsindədir.

Xatırladım ki, məhz Əli Kərimli və Cəmil Həsənli bir zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanı ölkə vətəndaşlarına nümunə göstərir, onu "demokratik lider" adlandırırdılar.

Ə.Kərimli və C.Həsənli fasiləsiz olaraq vurğulayırdılar ki, N.Paşinyan islahatçıdır, vətənini sevən siyasətçidir, novatordur, əsl demokratdır və s.

İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir.

Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli Şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişdilər.

Savaş aparan, torpaqları işğal olunan ölkənin prezidenti, o vaxtı Ali Baş Komandan isə Bakıdan qaçıb Naxçıvanın dağ kəndində oturmuşdu.

Bu, fərarilik deyilsə, nədir?!

O vaxt qaçanlar indi də savaşdan kənar tutdular özlərini.

Cəmil Həsənli okeanın o tayında, ABŞ-da hamilərinin və əslində sahiblərinin əmri ilə sərsəm bəyanatlar verir, "demokratiya mühazirələri" oxuyur.

Onu maliyyələşdirənlər, bu adama istiqamət və əmr verənlər də bəllidir.

Həmin qüvvələrdir ki, Bakıda evindən canlı yayımlara qatılan Əli Kərimlini də idarə edirlər.

Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli Şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər.

Əfsuslar olsun ki, gənclərimizin bir qismi bu məxluqların əsl simalarına hələ də tam bələd deyillər, sosial şəbəkələrdə onların çirkablarını "siyasi fəaliyyət" qismində qəbul edirlər.

Halbuki Ə.Kərimli və C.Həsənli, habelə bu siyasət uğursuzlarının və xəyanətkarların ətrafına toplaşanlar ölkə siyasətinin, çağdaş siyasi tarixin qara fiqurları, məşum səhifələridir.

Qubadlını, Ağdamı, Füzulini, Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları gənclər yaxşı tanımalıdır.

Şuşanın satılmasında bilavasitə rolu olan sabiq müdafiə naziri Rəhim Qazıyev indi demokratiyadan, vətəpərvərlikdən danışır.

Torpaqlarımızı düşmənə təhvil verən, rayonlarımızı satan AXC-Müsavat tandemi qaçıb gizlənmişdi, təslim olmuşdu.

İndi siyasətdən danışırlar və sanki bunlar deyildi döyüş meydanından qaçanlar, bunlar deyildi müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.

Onu da unutmamalıyıq ki, iyulun 14-də Milli Məclisə yürüş edən, orduya dəstək aksiyası keçirildi, "Ya Qarabağ, ya ölüm!" hayqıran on minlərlə vətəndaşımız, bu vətənpərvər insanlar savaş istəyirdilər. Tələblərində tam haqlı, yürüşlərində hürr və asudə idilər.

Polis mane olmadı o yürüşə və bilaəks, aksiya iştirakçılarının təhlükəsizliyini təmin etdi.

Lakin ölkə siyasətinin üzqarası olanlar, müxalifətçi adını maska kimi simalarına yapışdırmış marionetlərin adamları kütləyə sızdılar, təxribatlara başladılar və Milli Məclis binasına soxuldular.

Parlamentə hücum edənlər saxlanıldı. Yaralanan və ya həlak olanlar yoxdu - Vaşinqtondakı Kapitoli iğtişaşından fərqli olaraq.

Xatırladım ki, dəstək aksiyaları, həmçinin, Xırdalan, Sumqayıt şəhərlərində, eləcə də digər şəhər və rayonlarda da keçirilmişdi.  Amma bir qrup şəxs Milli Məclisin biinasına daxil olub və foyedə dağıntılar törədiblər.

Eləcə də "Fairmont Hotel"ın qarşısında bir qrup şəxs polis avtomiobilinə hücum edərək onu aşırdılar.

Amma hadisə yerində olan hüqüuq mühafizə qüvvələri, o cümlədən çevik polis alayı təxribatın qarşısını aldı.

Bakıda da, Vaşiqtonda da ali qanunverici orqanın binasına hücumlar oldu.

Lakin bu hadisələrin dəyərləndiriliməsində rəsmi Vaşinqtonun və ümumiyyətlə, Qərbdəki çeşidli siyasi təşkilatlarla institutların mövqeləri tam fərqli oldu.

Bakıdakı orduya dəstək aksiyasını təxribatla başa vurmağa çalışan bir dəstə qaraguruhçunun davranışı "xalqın istəyi", onların həbs edilməsi "hakimiyyətin söz və fikir azadlığına basqısı, totalitar təzyiqi" adlandırılmışdı.

Bunu bəyan etmiş Vaşinqton indi Kapitolidəki iğtişaşı "terror və silahlı qiyam cəhdi" kimi dəyərləndirir.

Belə çıxır ki, Bakıda Milli Məclis binasına soxulanlar "demokratiya istəyən günahsız insanlar", Vaşinqtonda Kapitolini zəbt edənlər "terrorçular və çox təhlükəli insanlar"dır?

Vaşinqtonda xüsusi təyinatlı hərbçilərlə polislərin mülki şəxslərə divan tutmaları, 5 nəfərin ölümü və onlarla insanın yaralanması demokratiyadır, Bakıda isə parlament binasına soxulub qarşısına çıxan nə varsa, sındıran və dağıdan vandalların həbsi "totalitarizm"?!

Sualar ritorik təsir bağışlasa da, cavab sadədir: ABŞ və Qərb yenə siyasi manipulyasiyalar edir, ikili yox, daha çoxsaylı standartlar siyasətini davam etdirir.

Azərbaycandakı 5-ci kolonun məğlub olmuş qalıqlarını, hələ də nəyəsə ümid edən siyasət tör-töküntülərini maliyyələşdirmək, idarə etmək və əmrlərlə nəyəsə sövq etmək ümidi ilə...

Elçin Alıoğlu
Milli.Az