Almaniyada son sutkada koronavirusa 24 694 yoluxma qeydə alınıb, 1083 nəfər ölüb

9 Yanvar 2021 11:38

Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 694 yoluxma halı qeydə alınıb, 1083 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 891 581 nəfər koronavirusa yoluxub, onlardan 39 878 nəfər ölüb.

Koronavirusa yoluxanlardan 1.5 milyonu artıq sağalıb.

Milli.Az