Kişilərdə intuisiya daha güclüdür

26 Aprel 2010 16:17
"İndependent" qəzetinin yazdığına görə, araşdırma nəticəsində məlum olub ki, kişilər qarşıdakı insanın təbəssümünün süni olduğunu, həmçinin sifət ifadələrinin nə dərəcədə səmimi olub-olmadığını qadınlardan daha tez və dəqiq hiss edir. Psixoloqların araşdırmasında 15 mindən artıq insan iştirak edib. İnsanlara 10 cüt şəkil təqdim olunub. Onların yarısında səmimi gülən, yarısında isə yalandan gülümsəyən insanlar əks edilib. Eksperimentə başlamazdan əvvəl həm qadınlardan, həm də kişilərdən öz intuisiyalarını qiymətləndirmələri istənilib. Məlum olub ki, zərif cinsin nümayəndələri özlərindən daha razıdırlar: 77% qadın intuisiyasının güclü olduğunu deyib. Özü haqda belə düşünən kişilər isə cəmi 58% təşkil edib.

Nəhayət, eksperiment hər şeyin əksinə olduğunu üzə çıxarıb. Kişilərin 72%-i süni təbəssümləri fərqləndirə bilib. Qadınlarda bu rəqəm 67% təşkil edib.

Milli.Az